Qara məni basınca, qoy, qaranı mən basım..?

Qara məni basınca, qoy, qaranı mən basım..?

Bu arada Rusiya İstintaq Komitəsi Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Əhməd Xana, habelə hakimlər Tomoko Akane, Rosario Salvatore Aytala və Serxio Gerardo Ugalde Qodinezə qarşı cinayət işi açıb.

Çünki onlar, “heç bir əsas olmadan”(?) Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order veriblər.

İstintaq Komitəsinin mövqeyinə görə, Putin və Lvova-Belovanın cinayət təqibi açıq-aydın qanunsuzdur, çünki cinayət məsuliyyəti üçün heç bir əsas yoxdur.

Kərim Əhməd Xan, bilərəkdən günahsız (?) bir şəxsi cinayət məsuliyyətinə cəlb edir və bir şəxsi ağır və ya xüsusilə ağır cinayət törətməkdə qanunsuz olaraq ittiham edir. Ona görə də İstintaq Komitəsi hakimləri bilərəkdən qanunsuz həbsdə ittiham edib.

O da iddia olunur ki, məhkəmə beynəlxalq münasibətləri çətinləşdirmək üçün beynəlxalq himayədən istifadə edən xarici dövlətin nümayəndəsinə hücum etməyə hazırlaşır.

SİA-nın əldə etdiyi məlumata görə, İstintaq Komitəsi Böyük Britaniya dövlət başçılarının xarici dövlətlərin yurisdiksiyasından mütləq immunitetə malik olduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə