Ümumdünya Səhiyyə Təşkilatının “Twitter” hesabında paylaşyılan açıqlamada: “Yəməndə qızılca və poliomielit hadisələri həddən artıq artıb. Qızılcaya tutulan uşaqların 80%-dən çoxunu peyvənd vurulmayanlar təşkil edir. Buna görə peyvəndə təcili zərurət var”. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Qeyd edək ki, Yəmən hökuməti bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində 12 əyalətdə poliomielitə qarşı peyvənd kampaniyasına başlayıb. Hökumət bu qərara 227 poliomielit hadisəsi qeydə alındıqdan sonra gəlib. Ölkədə poliomielit hadisələrinin sıx olduğu ərazilərin başında Səna, Zemar, Hudeyde, Sada, Ibb, Hacce, Əl-Beyda və Amranda gedir.
Yəmən Səhiyyə Nazirliyi 2020-ci ilin mart ayında verdiyi açıqlamada ölkədə poliomielit hadisələrinin 2005-ci ildə bitdiyini, lakin Husilərin tibb qruplarının bölgələrə çatmasına və xidmətlərinə mane olması səbəbindən Hacce və Səda şəhərlərində xəstəliyin artdığını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB