Qazaxıstanda keçirilən seçkilərin ilkin nəticələri

Qazaxıstanda keçirilən seçkilərin ilkin nəticələri

Qazaxıstanda keçirilən seçkilərdə hakim "Amanat" partiyası 53,46 faiz səs toplayıb.

Vlkədə keçirilən seçkilərin nəticələrinə görə, ümumilikdə 7 iştirakçı siyasi qüvvədən 6-sı parlamentə daxil olacaq.

Qazaxıstan "Xalq" Partiyası 6,25 faiz, "Ak Jol" ("İşıqlı yol") Demokratik Partiyası - 7,87 faiz, "Aul" ("Kənd") partiyası - 10,52 faiz, sahibkarlar qrupunun yaratdığı "Respublika" partiyası 8,9 faiz səs toplayıb.

Həmçinin ilk dəfə olaraq müxalifətdə olan "Milli Sosial Demokrat" Partiyası 5,31 faiz səslə parlamentə daxil ola biləcək. Qazaxıstanın Yaşıllar Partiyası "Baytak" 3,22 faiz səs toplayaraq tələb olunan 5 faizlik baryeri keçə bilməyib.

Seçkilərin yekun nəticələrini Qazaxıstan Mərkəzi Seçki Komissiyası 10 gün ərzində elan edəcək.

Qeyd edək ki, Qazaxıstan xalqı 5 il müddətinə Məclis və yerli məclislərdə fəaliyyət göstərəcək deputatları seçmək üçün martın 19-da seçki məntəqələrinə gedib. Səsvermə prosesinin başa çatdığı ölkədə səslərin hesablanması davam edir.

Seçkilərdə iştirak nisbəti 54,19 faiz olaraq açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə