Bu il Ukrayna münaqişəsində müəyyən dönüş baş verməlidir,
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Çexiya Prezidenti Petr Pavel bildirib.
NATO Hərbi Komitəsinin keçmiş rəhbəri bunun hansı dönüş nöqtəsi olacağını və hansı əlamətlərə işarə etdiyini açıqlamayıb. Bununla belə, o, bunun ona tam aydın olduğunu qeyd edib.
Onun dediyinə görə, Ukraynadakı vəziyyətdə bu il müəyyən dönüş nöqtəsi baş vercək.
“Bütün qış boyu Ukraynada döyüşlər statik xarakter alıb. Beləliklə, bunu dəyişməyin vaxtı gəlib”.
Qeyd edək ki, bundan əvvəl NATO-nun istefada olan generalı Ukrayna Silahlı Qüvvələrinin qarşıdakı bir neçə ayda, ən geci yayın əvvəlində əks-hücum əməliyyatına başlayacağını bildirib.
...Və onların bunu etmək üçün yalnız bir şansı var(?).
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB