Türkiyənin milli reaktiv “HÜRJET” təyyarəsi uçuş zolağında

Türkiyənin milli reaktiv “HÜRJET” təyyarəsi uçuş zolağında

Prezident nəzdində Müdafiə Sənayesinin rəhbəri İsmail Dəmir, Milli Döyüş Təyyarəsindən sonra yerli və milli reaktiv “HÜRJET” təyyarəsinin də uçuş zolağına çıxdığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, İsmail Dəmir "Tvitter" hesabında Türk Aerokosmik sənayesi (TUSAŞ) şirkətini işarələyərək “HURJET” haqqında paylaşım edib.

Milli Döyüş Təyyarəsindən sonra “HÜRJET”-in də uçuş zolağına çıxdığına diqqət çəkən Dəmir: “Yerli və milli reaktiv təyyarələrimiz uçuşa hazırdır, belə bir texnikanın buraxılmasında əməyi keçən hər kəsi təbrik edirəm. Bu hamımızın qürurudur” .

Bütün xəbərlər Facebook səhifəmizdə