Avropa İttifaqı (Aİ) Aralıq dənizində Liviyaya qarşı silah embarqosuna nəzarət bəhanəsi ilə həyata keçirdiyi mübahisəli İrini əməliyyatının mandatını 31 mart 2025-ci ilə qədər uzadıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Avropa Şurası İrini əməliyyatının uzadılması qərarının məsələ ilə bağlı strateji qiymətləndirmədən sonra verildiyini açıqlayıb. Məlumatda bildirilir: “Əməliyyatda ələ keçirilən silah-sursat materiallarının məhv edilməsinin daha da asanlaşdırılmasına qərar verildi. 1 aprel 2023 - 31 mart 2025-ci il tarixləri arasında gerçəkləşən İrini əməliyyatının dəyəri 19 milyon 921 min avrodur”.
Qeyd edək ki, əməliyyatın mandatı 2023-cü il martın 31-də başa çatıb. Qəbul edilən son qərarla bu icazə müddəti daha 2 il uzadıldı.
31 mart 2020-ci ildə Liviya ilə bağlı Berlin konfransından sonra başlayan bu əməliyyat Birləşmiş Millətlər Təşkilatının Liviyaya silah embarqosuna nəzarət etmək üçün Aİ-nin Aralıq dənizində başlatdığı mübahisəli bir əməliyyatdır.
BMT Təhlükəsizlik Şurasının 2292 saylı qətnaməsində qanuni hökumət olaraq yer alan Liviya Milli Barışıq Hökuməti ilə məsləhətləşmə və icazənin məcburi olmasına baxmayaraq, başladılan İrini əməliyyatı qərəzli və qeyri-qanuni bir əməliyyat olaraq tənqid edilir. Bəzi Avropa ölkələri Aİ fondlarından faydalanmaq üçün əməliyyata səssiz qalır, cəsarətli ölkələr isə etiraz edərək əməliyyatdan geri çəkilirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB