ABŞ və Əlcəzairdən yola düşən mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmiləri Türkiyəyə çatıb.
Gəmilər Türkiyəyə çatıb

ABŞ və Əlcəzairdən yola düşən mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmiləri Türkiyəyə çatıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Beynəlxalq gəmi izləmə məlumatlarından əldə edilən məlumata görə, martın 14-də Əlcəzairin Arzev limanından yola düşən "Lalla Fatma N'Soumer" LNG gəmisi martın 19-da yerli vaxtla saat 06.36-da Hatay Dörtyoldakı FSRU-ya (Üzən LNG toplama və qazlaşdırma terminalı)) yan alıb.

2004-cü ildə inşa edilən, Baham adaları bayrağı altında üzən gəminin tutumu 144 888 kubmetrdir.

Martın 3-də ABŞ-ın "Cameron LNG" terminalından yola düşən "Maran Gas Mystras" adlı gəmi dünən saat 12:44-də Marmara Ereğlisi LNG terminalına yan alıb.

2015-ci ildə inşa edilən Yunanıstan bayraqlı gəminin tutumu isə 159 800 kubmetrdir.

Bütün xəbərlər Facebook səhifəmizdə