Zəlzələ nəticəsində həlak olanların sayı 50 mini ötdü

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Agentliyi – AFAD-ın sədri Yunus Sezer məlumat verib
Zəlzələ nəticəsində həlak olanların sayı 50 mini ötdü

Türkiyənin Kahramanmaraş rayonunda baş verən zəlzələ nəticəsində həlak olanların sayı 50 mini ötüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Agentliyi – AFAD-ın sədri Yunus Sezer məlumat verib.

Y.Sezer təbii fəlakət nəticəsində həlak olanların sayının 50 min 96, yaralananların sayının isə 107 min 204 nəfər olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə