Ukrayna Silahlı Qüvvələrinin komandanı Sergey Naev Rusiyanın indiki istiqamətlər istisna olmaqla, yaxın gələcəkdə bəzi digər istiqamətlərdə hücum əməliyyatlarına başlaya biləcəyini istisna etməyib.
Onun dediyinə görə, hazırda ruslar öz səylərini Luqansk və Donetsk vilayətlərində hücumun inkişafına yönəldirlər.
Bununla yanaşı, Naev, bu gün Rusiya Federasiyasının digər əməliyyat bölgələrində hücum etmək üçün kifayət qədər qüvvəsi və vasitələrinin olmadığını deyib.
Lakin onlar, məsələn, Zaporojye istiqamətində hücum hərəkətlərini təqlid etməyə çalışırlar. B.unu da Naev deyib
Maraqlıdır ki, ukraynalı komandan bu gün rusların şimal istiqamətində hücum əməliyyatları keçirməyə hazır olmadığlarına əminlik bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, hazırda Ukrayna həm birbaşa dövlət sərhədində, həm də müdafiənin dərinliklərində maneələr sistemini əhəmiyyətli dərəcədə artırıb. Təbii ki, bu ərazilər minalanıb.
Bu gün Belarus ərazisində yerüstü Rusiya komponenti 4000-dən çox insana malikdir. Onlar orada təlim keçirlər və sonra Ukrayna cəbhəsinə göndərilmək üçün Rusiya Federasiyasına qayıdırlar.
Bunu da Ukrayna Silahlı Qüvvələrinin komandanı bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB