Yaponiyanın baş naziri Fumio Kişida Hindistana gözlənilən səfəri zamanı Ukrayna ətrafındakı vəziyyəti, həmçinin ABŞ və Avstraliya ilə dördtərəfli əməkdaşlığı müzakirə etmək niyyətindədir. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Baş nazir səfəri əvvəlində jurnalistlərə açıqlamasında deyib: “Rusiyanın Ukraynadakı hərbi xüsusi əməliyyatı dünya nizamının dəyişməsinə səbəb olub.
Hind-Sakit okean regionunda status-kvonun belə birtərəfli dəyişməsinə heç vaxt yol verilməməlidir. Səfər zamanı fikir mübadiləsi aparacağıq və Ukraynadakı vəziyyətlə bağlı məsələlər üzərində işləyəcəyik”.
F.Kişidanın sözlərinə görə, Hindistanın baş naziri Narendra Modi ilə birlikdə Dördtərəfli Təhlükəsizlik Dialoqu çərçivəsində əməkdaşlıq və yaxın aylarda Tokioda “Dördlük” ölkə (Yaponiya, ABŞ, Hindistan, Avstraliya) başçıları sammitinin təşkili məsələlərini də müzakirə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB