Rusiya prezidenti Vladimir Putinin həbsinə dair Beynəlxalq Cinayət Məhkəməsinin orderi şübhə yeri qoymur ki, Rusiya üçün bu təcavüzün sonu, onun bütün məsuliyyəti olacaq...
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu prezident Vladimir Zelenski axşam videomüraciəti zamanı deyib.
O qeyd edib ki, bitən həftə Rusiya Federasiyasının mülki əhalinin qətli ilə bağlı növbəti hərbi cinayətlər silsiləsi ilə yadda qalıb.
Zelenskinin dediyinə görə, şər dövlətə qarşı müdafiəmizin daha bir həftəsi başa çatır. Rusiya ordusunun hər gün və hər gecə Ukrayna şəhərlərini, kəndlərini atəşə tutduğu, insanlarımızı öldürdüyü bir həftə. Donetsk vilayəti, Konstantinovka, Sumi vilayəti... və onlarla insan ölümü. Bu həftə rusiyalı terrorçuların hücumuna məruz qalan Ukraynanın digər şəhər və kəndləri üçün - bir həftə beləcə bitdi.
Zelenski, Rusiya Federasiyasının Ukraynaya vurulan hər bir zərbəyə, hər məhv edilmiş həyata, deportasiya edilmiş ukraynalı uşağa və Rusiya təcavüzünün nəticəsi olan dünyada sabitliyin pozulmasının hər bir təzahürünə görə məsuliyyət daşıdığını və buna görə cavab verəcəyini bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB