İran və İraqın güc strukturlarının nümayəndələri bu gün Bağdadda sərhədyanı ərazilərdə təhlükəsizliyin təmin edilməsinə dair saziş imzalayıblar. Xüsusilə Bağdad İranla həmsərhəd əraziləri anti-İran yaraqlılarından təmizləmək və İraq ərazisindən gələn Amerika təhdidlərini dayandırmaq öhdəliyini üzərinə götürüb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, İran və İraqın sərhədyanı ərazilərində vəziyyət bundan sonra bu gün Bağdadda iki ölkənin nümayəndələri tərəfindən imzalanan xüsusi ikitərəfli sazişlə idarə olunacaq.
Qeyd edək ki, İran tərəfdən təhlükəsizlik sahəsində əməkdaşlığa dair sənədi Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani, İraq tərəfdən isə milli təhlükəsizlik müşaviri Qasem əl-Araji imzalayıb.
Yeri gəlmişkən, “İRNA”nın məlumatına görə, İran və İraq çox uzun müddətdir ki, hər iki dövlətin sərhəd torpaqlarında təhlükəsizliyin təmin edilməsi üzrə öhdəlikləri barədə danışıqlar aparırdı.
Məhz elə bunun nəticəsidir ki, İran İraqın bu əraziləri anti-İran yaraqlılarından təmizləmək üçün məsuliyyət daşımasını təmin edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB