Rusiyalı pilot “Bayraktar TB-2”-yə niyə atəş açmayıb?

Qara dəniz üzərində Rusiyaya məxsus “Su-27” qırıcısının Amerikanın “MQ-9 Reaper” kəşfiyyat pilotsuz təyyarəsi ilə “toqquşması” zamanı baş verən tək hadisə deyil.
SİA-nın əldə etdiyi məlumata görə, bu günlərdə şəbəkələrdə Ukraynaya məxsus “Bayraktar TB-2” pilotsuz uçuş aparatının rus qırıcısının hədəfinə çevrildiyi zaman, silah istifadə edilmədən oxşar hücumun videosu da ortaya çıxıb.

Qeyd edək ki, videonu “Ukraine Weapons Tracker” monitorinq qrupu “Twitter”də dərc edib.
“Bu yaxınlarda baş vermiş “MQ-9” insidentini hamı eşitdi, lakin biz bu yaxınlarda Rusiya qırıcısının Krım sahillərində Qara dəniz üzərində daha yüngül olan “Bayraktar TB-2”-ni vurmağa cəhd göstərdiyi video əldə etdik”.

“Twitter”dəki mesajda bildirilir.

Yeri gəlmişkən, deyilənlərə “Bayraktar TB-2” pilotsuz uçuş aparatının qanadlarında Ukrayna Silahlı Qüvvələri tanınma nişanları aydın görünür.

Maraqlıdır, bəs onda rus qırıcısının niyə silahdan istifadə etmədiyi müəmma kimi görünür.

Ehtimal etmək olar ki, bu hadisədə rusiyalı pilot yəqin səhvən hədəfi Amerikanın pilotsuz uçuş aparatı bilib və ABŞ-la hərbi insident yaratmamaq üçün atəş açmaqdan çəkinib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə