Amerika Birləşmiş Ştatlarında Rusiya vətəndaşlarının Rusiyaya əvvəllər dayandırılmış deportasiyası elan edilmədən bərpa edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə martın 19-da, Amerikanın “The Guardian” qəzeti yazıb.
Nəşr qeyd edir ki, ABŞ prezidenti Cozef Bayden administrasiyası Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra tutduğu mövqeyi dəyişib.
Belə ki, artıq Rusiya vətəndaşlarının Moskvaya ekstradisiyası ləğv edilib.
Qeyd edək ki, ABŞ hakimiyyətinin rusları ölkədən qovması, onları Rusiya hakimiyyətinə təhvil verməsi ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi tərəfindən dərc edilən məlumatlardan məlum olub.
Belə ki, idarənin müxtəlif ölkələrə, o cümlədən Rusiyaya deportasiyalarını davam etdirdiyini bildirilib.
Guardian yazır: “Bayden administrasiyası bir ildən çox əvvəl bu cür deportasiyaların dayandırıldığı zaman tutduğu mövqeyi açıq şəkildə dəyişdirərək Rusiyaya deportasiyanı sakitcə bərpa etdi".
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB