Rusiya Federasiyasının Altay diyarının Biysk şəhərinin 1000-dən çox sakini kommunal xidmətlərin tariflərinin artırılmasına qarşı razılaşdırılmış mitinqdə iştirak edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbər Kommunist Partiyasının yerli şöbəsindən verilib.
Qeyd edək ki, mitinqdə qubernatorun istefası və Biysk Şəhər Dumasının deputatlarına etimad göstərilməməsi tələbi irəli sürülüb.
Qeyd edək ki, Rusiyanın yüz ən böyük şəhərindən biri olan Biysk ən kasıb şəhərlərdən biridir. Buna baxmayaraq, bələdiyyədə tariflər hökumət tərəfindən tövsiyə olunan normalardan çox artırılıb və Rusiya Federasiyası Kommunist Partiyasının fikrincə, Sibir İstehsalat Şirkəti şəhər tarif tənzimlənməsindən çıxdıqdan sonra istilik təchizatı qiymətlərini nəzarətsiz formalaşdırır.
O da qeyd edilib ki, hələ ğtən il dekabrın əvvəlində yerli sakinlərlə birbaşa əlaqə saxlayan Altay diyarının qubernatoru Viktor Tomenko, mənzil-kommunal xidmətlərinin tariflərinin dövlət orqanları tərəfindən müəyyən edilmiş limitdən yuxarı qalxacağı təqdirdə ona müraciət etmələrini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB