Əgər “Putin ayağı alman torpağına basarsa”...

Əgər “Putin ayağı alman torpağına basarsa”...

Moskva Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımır, buna görə də onun bütün qərarlarını etibarsız hesab edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Beləliklə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin həbsinə dair Beynəlxalq Cinayət Məhkəməsinin order verilməsini yenidən şərh edib.

O, sualın qoyulmasını qəzəbli və qəbuledilməz hesab etdiklərini, Rusiyanın da, bir sıra dövlətlər kimi, bu məhkəmənin yurisdiksiyasını tanımadığını və müvafiq olaraq, bu cür qərarların Rusiya Federasiyası üçün etibarsız olduğunu bildirib.

Qeyd edək ki, Peskov Beynəlxalq Cinayət Məhkəməsinin bu qərarının Vladimir Putinin onun yurisdiksiyasını tanıyan ölkələrə səfərlərinə necə təsir edəcəyi sualına cavab verməyib.

Onu da qeyd edək ki, bir müddət bundan əvvəl Almaniya Ədliyyə Nazirliyinin rəhbəri Marko Buşman, ölkəsinin Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına tabe olduğunu bildirmişdi. ...Ona görə də Almaniya “Putin ayağı alman torpağına basarsa” Beynəlxalq Cinayət Məhkəməsinin tələbini yerinə yetirəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə