Kanadanın Baş nazirindən Novruz bayramı münasibətilə təbrik paylaşımı

Kanadanın Baş nazirindən Novruz bayramı münasibətilə təbrik paylaşımı

Kanadanın Baş naziri Castin Trüdo tvitter hesabında Novruz bayramı münasibətilə təbrik paylaşımı edib. SİA xəbər verir ki, o, Novruz şənliklərinin tez-tez bütün icmaları bir araya gətirdiyini vurğulayıb.

Hökumət başçısı səmimi arzularını da çatdırıb. “Novruz bayramınız mübarək! Qarşıdakı ildə cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram”, - Castin Trüdo qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə