“Freddi” 463 nəfərin həyatına son qoyub

Afrikanın cənub-şərqində “Freddi” tropik siklonu 463 nəfərin həyatına son qoyub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ən böyük ziyan 360 nəfərin öldüyü Malaviyə dəyib. Maddi zərər onmilyardlarla dollar dəyərində qiymətləndirilir.

“Freddi” Avstraliyanın şimal-qərbində Hind okeanında yaranıb və 38 gün davam edib, martın 14-ü axşam saatlarında dayanıb. Bu, planetin bu hissəsində indiyə qədər qeydə alınan ən uzun siklon olub. Freddinin episentrində küləyin maksimal sürəti 62,6 m/s-ə çatıb. 8000 km-dən çox yol qət edən siklon Mavriki, Madaqaskar, Malavi və Mozambikə təsir edib.

Bütün xəbərlər Facebook səhifəmizdə