NATO sərhədə 300 minlik ordu yerləşdirməyi planlaşdırır

NATO Rusiya ilə sərhəddə 300 minə qədər əsgər yerləşdirməklə şərq cinahda qruplaşmasını gücləndirməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, bu sayda əsgər Polşa, Norveç və Baltikyanı ölkələrdən (Estoniya, Latviya və Litva) formalaşdırıla bilər.

"Alyansa daxil olan ölkələrin müdafiə nazirləri yaxın həftələrdə təşkilatın regional müdafiəsi ilə bağlı düzəliş edilmiş planı təqdim edəcəklər. Belə ki, Rusiyaya qarşı daha çox qoşun və canlı qüvvəyə ehtiyac var. Sözügedən plan iyulun 11-12-də alyansın Vilnüsdə keçiriləcək sammitində razılaşdırılmalıdır", - məqalədə deyilir.

"Politico" vurğulayıb ki, NATO ölkələri bunu etmək üçün hərbi xidmətə çağırış səylərini gücləndirməli və müdafiə xərclərini artırmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə