Rusiya ordusu Kramatorski şəhərinə aviazərbələr endirib - ölənlər var
Martın 18-də Rusiya ordusu Ukraynanın Kramatorski şəhərinə aviazərbələr endirib. SİA xəbər verir ki, bu barədə Donetsk vilayətinin rəhbəri Pavlo Kirilenko məlumat yayıb.
Bildirilib ki, zərbələr nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Onun sözlərinə görə, hücum zamanı ona yaxın yaşayış binası və bir neçə avtomobilə ziyan dəyib.
Rusiyanın kaset tipli sursatlardan istifadə etdiyi qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB