Vaşinqtonun nə ukraynalılara, nə ruslara, nə də amerikalılara yazığı gəlir.

Amerika rəsmiləri üçün nə ukraynalılar, nə ruslar, nə də öz vətəndaşları elə də bir önəm kəsb etmir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Qeyd edək ki, rusiyalı diplomat belə bir bəyanatla ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın amerikalıların ürəyinin Ukrayna və münaqişədən zərər çəkmiş bütün rus ailələri üçün qanaması ilə bağlı sözlərini şərh edib.

Zaxarovanın dediyinə görə, Vaşinqton artıq çoxdandır ki, nə ukraynalılara, nə ruslara, nə də amerikalılara yazığı gəlir.

Vətəndaşların ürəyini daha da qanaması üçün Viktoriya Nuland və rejimin qalan hissəsi Ukraynaya milyardlarla dollar dəyərində silah verir.

Qeyd edək ki, bunu da Zaxarova bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə