Kiyev rusların Ukraynadan apardıqları uşaqların siyahısını istəyir

Bu arada Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova və Uşaq Ombudsmanı Mariya Lvova-Belovaya müraciət edərək, hazırda yeni regionlarda olan kimsəsiz uşaqların siyahılarını təqdim etmək xahişi ilə müraciət edib.

SİA-nın əldə etdiyi məlumata görə, ukraynalı səlahiyyətli “Telegram” kanalında qeyd edib ki, söhbət 24 fevral 2022-ci il tarixinə 18 yaşınadək Ukrayna vətəndaşı olan və hazırda Rusiya Federasiyasının ərazisində olan uşaqlardan gedir.

Bundan əlavə, İrina Vereşçuk “Rusiya ərazisinə aparılan” uşaqlar haqqında məlumatların təqdim edilməsini xahiş edib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin hökumətə Luqansk, Zaporojye və Xerson vilayətlərinin uşaq hüquqları üzrə müvəkkili və yüksək vəzifəli şəxsləri ilə birlikdə yetkinlik yaşına çatmayanların müəyyən edilməsi üçün bir sıra tədbirlər görməyi tapşırmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə