Bu arada Rusiyanın sabiq prezidenti Dmitri Medvedev ABŞ-ın sabiq prezidenti Donald Trampı amerikalıları Baydeni devirib ölkəni geri almağa çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavininin müvafiq yazısı bu gün, martın 18-də Telegram kanalında yer alıb.
Beləliklə, rus saytlarının yazdığına görə, rusiyalı siyasətçi özünün “istehzalı üslubu” ilə ABŞ vətəndaşlarını etiraz etməyə və Cozef Baydeni “tarixin zibil qutusuna” göndərməyə çağırıb.
Medvedevin yazdığına görə, Avropadakı axmaqlar başqasını həbs etmək istəyirdilər və martın 21-də Amerikada özlərininkini həbs edəcəklər.
“...Ölkənizi geri alın, amerikalılar! Döyüş üçün! Vaşinqtonun zülmünü məhv edin! Tarixin üfunətli zibil qutusuna çılğın donuz qatillərinin korrupsioner dəstəsini - Baydenlərin ata və oğlunu göndərin!”.
Bunlar, rus saytlarının yazdığı kimi, doğrudanmı, Dmitri Medvedevin “istehzalı üslubu”dur?
Məsəl var deyərlər, keçəl dərman bilsəydi, öz başına çəkərdi.
Yox, bunu elə-belə dedim, əslində bunun sabiq prezidentlərin yenidən hakimiyyətə qayıtması ilə heç bir əlaqəsi-filanı yoxdur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə