Mənzildən dörd il əvvəl ölmüş qarının meyiti tapılıb

Sankt-Peterburqun Primorski rayonunda mənzillərin birində yaşlı qadının mumiyalanmış meyiti tapılıb.

SİA bu barədə rus saytlarına istinad edir.

Beləliklə, verilən məlumata görə, Sankt-Peterburqun Kamışova küçəsində yaşayan biri, 2019-cu ildən yaşlı bəri qonşusu ilə görüşmədiyindən narahat olaraq polisə müraciət edib.

Polis hadisə yerinə gəlib, qapını sındırıb və çox güman ki, bir neçə ildir mənzildə yatan qadının mumiyalanmış meyitini görüb.

Deyilənlərə görə, hüquq-mühafizə orqanları hazırda tədbir görürlər.

Yeri gəlmişkən bir müddət bundan əvvəl Yekaterinburqdakı qonşular dəhşətli tapıntı aşkar ediblər.

Belə ki, üç aylıq körpə və iki yaşlı oğlan uşağı bir neçə gün mənzillərin birində ölmüş valideynləri ilə birlikdə yaşayıblar. Nəhayət uşaqların qışqırıq səsini eşidib qapını sındıran qonşular dəhşətli mənzərənin şahidi olublar.

Verilən məlumata görə, əgər bir az da geç olsaymış uşaqlar susuzluqdan öləcəkmişlər.
Hazırda onlar həkim nəzarəti altındadırlar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə