İsveçin xarici işlər naziri Tobias Billström Türkiyənin NATO-ya üzvlük protokolunun yalnız Finlandiya üçün ratifikasiya prosesinə başlamasını dəyərləndirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İsveç xarici işlər naziri Tobias Billström, Türkiyənin yalnız Finlandiyanın NATO-ya üzvlük protokolunun TBMM-də təsdiq prosesinə başladığını ifadə edərək, "Bu, istəmədiyimiz bir inkişaf idi, amma hazır idik" deyib.
İsveçin xarici işlər naziri Tobias Billström Türkiyənin NATO-ya üzvlük prosesində yalnız Finlandiyanın təsdiqləmə prosesinə başlamasına reaksiya verib.
Billström, "Türkiyə Finlandiyanın NATO üzvlüyünü təsdiqləmək üçün prosesə başladı. Bu, arzuolunmaz bir hadisə idi, lakin biz hazır idik. Hazırda İsveç üçün önəmli olan İsveçin üzvlük Protokolunun Türkiyə və Macarıstan tərəfindən ratifikasiya edilməsini təmin etməkdir" deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə