Parisin küçələri yanğın yerinə çevrildi

Parisin küçələri yanğın yerinə çevrildi

Fransada səsverməyə çıxarılmazdan əvvəl hökumətin mübahisəli pensiya islahatına etiraz edən minlərlə etirazçı axşam saatlarında Parisdə yenidən küçələrə çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, etirazçılarla polis arasında gərginlik yaranıb, 61 nəfər saxlanılıb.

Dünən axşam saatlarında yenidən Paris küçələrinə çıxan 4 mindən çox etirazçı Konkord meydanına toplaşıb. İslahatın geri götürülməsini tələb edən etirazçılar meydanda böyük yanğın törədiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə