Çavuşoğlu bu gün Misirə gedir

Xarici işlər naziri Mövlud Çavuşoğlu Misirin xarici işlər naziri Samih Şükrinin dəvəti ilə bu gün Misirə rəsmi səfər edəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çavuşoğlu 11 ildən sonra Misirə səfər edən ilk xarici işlər naziri olacaq.

Nazirlikdən verilən açıqlamada Çavuşoğlunun gündəmində ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacağı qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə