Kristian Atsu üçün Qanada dəfn mərasimi keçirilib

Kristian Atsu üçün Qanada dəfn mərasimi keçirilib

Fevralın 6-da baş verən zəlzələlərdən sonra Hataydakı evində dünyasını dəyişən Qanalı futbolçu Kristian Atsu üçün bu gün ölkəsində dəfn mərasimi keçirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, dövlət mərasimində Qana Prezidenti də iştirak edib.

Atsunun həyat yoldaşı Marie-Claire Rupio göz yaşları içində danışaraq, “mən sağ ikən sənə aşiq olmuşam, öləndə də səni sevməyə davam edəcəyəm. Gedəndə tək getmədin, özünlə məndən bir parça götürdün” sözlərini deyib və çıxışını davam etdirə bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə