Tanzaniyada təhlükəli xəstəlik aşkarlanıb

Tanzaniyada təhlükəli xəstəlik aşkarlanıb

Tanzaniyada naməlum təhlükəli xəstəlik aşkarlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Xəstəliyin ilkin əlaməti kimi qızdırma, qusma, qanaxma və qaraciyər çatışmazlığı göstərilir. O da bildirilir ki, yeddi nəfərdə yoluxma aşkarlanıb, onlardan beşi həyatını itirib.

Məlumatda deyilir ki, xəstəlik yoluxucu xarakter daşıyır, xəstəliyin növünü müəyyən etmək üçün ölənlərin cəsədlərindən nümunələr götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə