Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətindəki Novomoskovsk şəhərinə hücum edib. SİA xəbər verir ki, bu barədə Novomoskovsk şəhərinin meri Serxi Reznik "Telegram"da yazıb.
"Şəhərdə partlayışlar. Partlayışların yeri barədə məlumat yaymayın və görüntüləri dərc etməyin", - o yazıb.
Mer həmçinin əlavə edib ki, fövqəladə hallar işçiləri hücumların nəticələrini aradan qaldırmaq üçün çalışırlar.
Hazırda bölgədə hava xəbərdarlığı elan edilib. Dnepropetrovsk Vilayət Şurasının rəhbəri Nikolay Lukaşukun verdiyi məlumata görə, hava hücumundan müdafiə sistemi işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB