Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb. SİA xəbər verir ki, bu barədə "TRTHaber" məlumat yayıb.
Telefon danışığı zamanı Rusiya və Ukrayna arasındalı taxıl sazişi, Beynəlxalq Donorlar Konfransı üzrə görülən işlər müzakirə edilib.
Qeyd edək ki, Türkiyə və BMT-nin vasitəçiliyi ilə imzalanan taxıl sazişi martın 18-də başa çatır. Ukrayna razılaşmanın 120 gün, Rusiya 60 gün uzadılmasını istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB