Etirazçılarla polis arasında toqquşma olub

Etirazçılarla polis arasında toqquşma olub

Cümə günü axşam Parisdə pensiya islahatlarına qarşı etiraz aksiyası zamanı aqressiv etirazçılar polislə toqquşub. SİA-nın BFM telekanalına istinadən verdiyi məlumata görə, 6 nəfər saxlanılıb.

Konkord meydanında nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Aqressiv aksiya iştirakçılarından ibarət qruplar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və pirotexniki vasitələr atmağa başlayıb. Buna cavab olaraq polis gözyaşardıcı qazdan istifadə edərək nümayişçiləri meydandan çıxarmağa çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə