Həbs orderi ilə bağlı Medvedev də sözünü dedi

Həbs orderi ilə bağlı Medvedev də sözünü dedi

Bu arada, dəstədən geri qlmaq istəməyən, Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev, Beynəlxalq Cinayət Məhkəməsinin Rusiyanın hazırkı rəhbəri Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verilməsinə dair qərarına münasibət bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bu münasibəti ingilisdilli “Twitter” hesabında onu müşayiət edərək yazıb.

Onun sözlərinə görə, bu kağızın harada istifadə edilməsini izah etməyə ehtiyac yoxdur.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi 1998-ci il Roma Statusu əsasında yaradılıb. O, BMT-nin bir hissəsi deyil və nizamnaməni ratifikasiya etmiş ölkələr qarşısında cavabdehdir. Amma Rusiya onların arasında yoxdur.

Təkrar da olsa xatırladaq ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putin və Mariya Lvova-Belovanın həbsi üçün orderlər verib.

Açıqlamada qeyd edildiyi kimi, Rusiya rəhbəri və uşaq hüquqları üzrə müvəkkili “Ukraynanın işğal olunmuş ərazilərindən əhalinin (uşaqların) Rusiya Federasiyasına qanunsuz deportasiyasından ibarət olan hərbi cinayətdə” təqsirli bilinir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə