60-ı azyaşlı olmaqla 422 nəfər Belarus vətəndaşlığına qəbul edilib. Qeyd edək ki, müvafiq fərmanı Aleksandr Lukaşenko imzalayıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə martın 17-də Lukaşenkonun mətbuat xidməti məlumat yayıb.
...Belarus prezidenti Aleksandr Lukaşenko 60-ı azyaşlı olmaqla 422 nəfərə Belarus vətəndaşlığı verən 69 saylı fərman imzalayıb.
Beləliklə, kommünikedə Ukraynadan olan mühacirlərin müraciətləri ilə yanaşı, dünyanın 25 ölkəsindən gələn şəxslərin vətəndaşlıq üçün müraciətlərinin təmin edildiyi deyilir. Qeyd edək ki, Belarus vətəndaşlığına qəbul edənlər Əlcəzair, Ermənistan, Vyetnam, Hindistan, İraq, Yəmən, Qazaxıstan, Livan, Liviya, Polşa, Suriya, Sudan, Türkiyə, Özbəkistan və başqa ölkələrdən gələnlərdir.
Kommünikedə dövlət başçısının bütün daxil olan müraciətlər üzrə müsbət qərar qəbul etmədiyi də bildirilir.
Belə ki, əcnəbilərin vətəndaşlıqdan məhrum edilməsinin əsas səbəbləri onların təkrar cinayət törətmələri və uzun müddət rəsmi işlə təmin olunmamaları olub.
Yeri gəlmişkən, Aleksandr Lukaşenkonun müvafiq sərəncamının icrası ilə 5963-ü Ukrayna vətəndaşı olmaqla, artıq 8149 nəfərə Belarus vətəndaşlığı verilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB