Rusiya qüvvələri hazırda “Donetsk Xalq Respublikası”nın Artemovsk (Baxmut) şəhərinin 70 faizə qədərinə nəzarət edir. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə martın 17-də “Rossiya 24” telekanalının efirində DXR rəhbərinin səlahiyyətlərini icra edənin müşaviri Yan Qaqin bildirib.
Qaqin bildirib ki, rus qoşunları Artemovskda irəliləyişlərini uğurla davam etdirirlər.
Onun sözlərinə görə, Rusiya qüvvələri hazırda şəhər ərazisinin 60-70 faizinə nəzarət edir.
Artemovsk haqqında danışsaq, bizim qüvvələrimiz indi təxminən 60 faiz, bəlkə də daha çox - şəhərin 70 faizə qədərinə nəzarət edir.
Bunu deyən Qaqin hazırda Ukrayna silahlı birləşmələrinin Artemovskdan təxminən on bir kilometr qərbdə yerləşən Çasovıy Yarda öz bölmələrini cəmləşdirdiyini də bildirib.
Maraqlıdır ki, “Donetsk Xalq Respublikası” səlahiyyətlisi Ukraynanın bölmə cəmləşdirmələrinin “kifayət qədər ciddi qruplaşmalar” olduğunu da etiraf edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB