Bu arada Rusiya prezidenti Vladimir Putin Krım sakinlərini qarşıdan gələn Respublikanın Rusiya Federasiyasına birləşmə günü münasibətilə təbrik edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə Krımın və Sevastopolun inkişafı ilə bağlı keçirilən iclasda bildirib.
Dövlət başçısının sözlərinə görə, bu rayonların sakinləri üçün təhlükəsizlik prioritet məsələdir. Buna görə də Rusiya Federasiyasının rəhbərliyi kənardan gələn hər hansı təhlükənin qarşısını almaq üçün hər şeyi edəcək.
Putinin dediyinə görə, doqquz il əvvəl krımlılar və sevastopollular öz birmənalı və son tarixi seçimini etdilər - yenidən və əbədi olaraq vahid böyük ölkənin bir hissəsi olmaq üşün Rusiyanı seçdilər.
Rusiya rəhbəri, həmçinin, çətinliklərə baxmayaraq, Krımın və Sevastopolun sürətli iqtisadi inkişafı üzrə tapşırıqlar yerinə yetiriləcəyini də qeyd edib.
Putinin sözlərinə görə, planda həyat keyfiyyətinin, ailənin gəlirlərinin yaxşılaşdırılması, regionların investisiya və sənaye potensialının artırılması və təbii ki, sahibkarlara ediləcək dəstək var.
Xatırladaq ki, doqquz il əvvəl Krım sakinləri Rusiyaya birləşməyə səs verdilər(?).
Qeyd edək ki, o günlərdə baş verən hadisələr “Krım baharı” adı ilə tarix kitablarına salınıb.
...Ötən illər ərzində bölgədə Krım körpüsü tikilmiş, onlarla infrastruktur obyekti yenidən qurularaq sıfırdan yaradılmış, yeni sosial layihələrə start verilmişdir.
Rus saytları yazır bunları...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB