“Münaqişə bitdikdən sonra, görən, Zelenskinin aqibəti necə olacaq?”

“Münaqişə bitdikdən sonra, görən, Zelenskinin aqibəti necə olacaq?”

Almaniya kansleri Olaf Şolz, Ukraynada münaqişə bitdikdən sonra Ukrayna prezidenti Vladimir Zelenskinin həqiqətən də təhlükəsizlik zəmanətinə ehtiyacı olacağını bildirib.

Bəs, görən, Zelenski bunu xüsusi əməliyyat başlamazdan əvvəl anlayırdımı?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Avropa ölkələrinin səmimiyyətinə şübhə ilə yanaşan politoloq Anton Bredix danışıb.

Beləliklə, onun sözlərinə görə, guya Ukrayna rəhbəri məğlub olacağını hələ xüsusi hərbi əməliyyatdan çox əvvəl bilib. Üstəlik, 2021-ci ilin sonunda Ukraynanın mütləq uduzacağını hamı yaxşı bilirdi. Sual yalnız zaman çərçivəsində idi.

Əslində elə o zaman Zelenski onun başına nə gələcəyini, bunun tam bir fəlakət və böyük itki olacağını bilirdi. Amma bütün bunlara baxmayaraq, o, bütün olcaqlarla razılaşdı.

Bredixin başqa bir kəşfinə görə, hazırda Ukrayna prezidenti özünü daha qlobal miqyasda düşünür.

Deyirəm, görən, Anton Bredix rusların iki günə Ukraynanı alacaqlarını deyən “politoloq”lar arasında deyil ki?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə