Rusiyada müharibə əleyhinə danışanların aqibəti

Rusiyada müharibə əleyhinə danışanların aqibəti

Bu arada Tver vilayətinin Konakovo şəhər məhkəməsi ər-arvad Aleksandr Martınov və Lyudmila Razumovanı həqiqi həbs cəzasına məhkum edib.

Onlar Rusiya ordusuna aid qondarma saxta məqalələr, habelə sosial şəbəkələrdəki nəşrlər və hazırladıqları müharibə əleyhinə yazılarla bağlı vandalizm ittihamları ilə təqsirli biliniblər.

SİA-nın əldə etdiyi məlumata görə, hökm barədə “OVD-İnfo” vəkillərə istinadən xəbər verir.

Beləliklə, Martınov 6 il 6 ay müddətinə cəzaçəkmə müəssisəsində, Razumova isə 7 il müddətinə cəzaçəkmə müəssisəsində cəza çəkəcəklər.

Qeyd edək ki, prokuror məhkəmədə hər ikisinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Yeri gəlmişkən “OVD-İnfo” xəbər verir ki, Razumova həbsdə olduğu müddətdə demək olar ki, Tverdəki “SİZO-1”dəki kamerasında tək saxlanılır.

Onu da qeyd edək ki, cümə günü səhər saatlarında Togliatti Mərkəzi Dairə Məhkəməsi “PARNAS” partiyasının yerli şöbəsinin keçmiş həmsədri Andrey Balini Rusiya ordusu haqqında qondarma saxtakarlıqlara görə 7 il müddətinə cəza koloniyasına məhkum edib.

Xatırladaq ki, 2022-ci ilin martında Rusiya Cinayət Məcəlləsinə qondarma saxtalarla bağlı maddə daxil edilib.

Elə o vaxtdan real şərtlər də daxil olmaqla, artıq onlarla təqsirli barəsində hökm çıxarılıb.

Yadınızda olar, müxalifətçi İlya Yaşin 8,5 il müddətinə azadlıqdan məhrum edilib.

Maraqlıdır ki, bunlar hələ “üzdə olanlardır”, Unutmaq lazım deyil ki, bunlardan əlavə şərti cəza alan və ya cərimələr təyin edilənlərin sayı-hesabı yoxdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə