Polşanın Kiyevə təyyarə tədarükü planları xüsusi hərbi əməliyyatın gedişatını dəyişməyəcək, çünki bütün bu avadanlıqlar məhv ediləcək.
SİA-nın əldə etdiyi məlumata görə, bunu martın 17-də Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, deyib ki, Polşanın “MiQ-29” ların tədarükü ilə bağlı mövqeyi bir sıra NATO ölkələrinin, o cümlədən Polşanın münaqişədə bilavasitə iştirak səviyyəsini necə artırdığına daha bir nümunədir. Kremlin rəsmi nümayəndəsinin sözlərinə görə, xüsusi hərbi əməliyyat zamanı Varşavanın Kiyevə verdiyi avadanlıqlar da məhv ediləcək.
Qeyd edək ki, rus səlahiyyətlinin dediyinə görə, Polşa kimi bəzi Avropa ölkələri köhnə, lazımsız avadanlıqların Ukraynaya verməklə, bu yolla utilizasiyaya nail olmağa çalışırlar.
Peskov, Polşanın Kiyevə qırıcı təyyarələr verməsini də Rusiyanın Ukrayna ərazisindəki xüsusi əməliyyatının nəticələrinə heç bir şəkildə təsir etməyəcəyini deyib.
Xatırladaq ki, bir gün əvvəl Polşa rəhbəri Anjey Duda Ukraynanın yaxın günlərdə Varşavadan ilk dörd “MiQ-29” qırıcısını alacağını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB