Nabiullina xəbərdarlıq edir

Amerika və Avropa banklarındakı vəziyyət Rusiyanın maliyyə sektoruna birbaşa təsir etmir, lakin Rusiya ixracına tələbin azalmasına səbəb ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Mərkəzi Bankın mətbuat konfransında tənzimləyicinin rəhbəri Elvira Nabiullina xəbərdarlıq edib.

Mərkəzi Bankın rəhbərinin sözlərinə görə, mövcud vəziyyət Qərb ölkələrinin mərkəzi banklarının pul siyasətinin məqsədləri ilə maliyyə sabitliyinə risklər arasında tarazlığı çətinləşdirir. Bütün bunlar qlobal iqtisadiyyatın yavaşlamasına, ixrac olunan mallara tələbin azalmasına və nəticədə Rusiyaya əlavə inflyasiya təzyiqinə səbəb ola bilər.

Qeyd edək ki, hazırda Rusiya mallarının ixracının həcmi 2022 və 2021-ci illərin səviyyəsindən aşağı olaraq qalır. Nabiullina əlavə edib ki, Rusiyanın xarici ticarətinə yeni məhdudiyyətlər qoyulması səbəbindən xarici şərtlər daha da pisləşib. Bununla belə, ixrac və idxal mallarının çatdırılması üçün yeni marşrutlar yaranır.

Yeri gəlmişkən, Çində COVİD məhdudiyyətlərinin aradan qaldırılması Rusiya və dünya iqtisadiyyatlarına faydalı təsir göstərə bilər. Rusiya üçün bu, qarşılıqlı ticarətin intensivləşməsi, ticarət və turizm üçün yeni imkanların yaranması demək ola bilər.

Qeyd edək ki, Eurostatın məlumatına görə, 2022-ci ildə Rusiya ilə Avropa İttifaqı arasında ticarət 2,3 faiz artaraq 258,6 milyard avroya çatıb ki, bu da 2014-cü ildən bəri ən yüksək göstəricidir. Rusiya mallarının Avropaya idxalı dörddə bir artaraq 203,4 milyard avroya çatıb. Eyni zamanda, Avropa İttifaqından Rusiyaya mal idxalı 38,1 faiz azalıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə