Rusiya ukraynalı uşaqları nəzarətindəki ərazilərdən çıxarır

BMT: “Rusiyanın ukraynalı uşaqları nəzarətindəki ərazilərdən zorla çıxarması müharibə cinayəti hesab edilir”.
Rusiya ukraynalı uşaqları nəzarətindəki ərazilərdən çıxarır

BMT-nin Ukrayna üzrəTəhqiqat Komissiyasının hesabatında bu barədə məlumat yayılıb. Bildirilib ki yüzlərlə ukraynalı uşaq qanunsuz olaraq Rusiyaya köçürülür. Bunun sübutları var. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Hesabatda həmçinin qeyd edilib ki, Rusiya Ukraynada başqa hərbi cinayətlər də törətdir. Bunların başında xəstəxanalara hücumlar, işgəncələr, zorlamalar və qəsdən adam öldürmələr gedir. Ukrayna hökumətinin məlumatına görə zorla Rusiyaya aparılan uşaqların sayı 16 221-ə çatıb. Uşaqların Rusiyada daimi qala bilmələri üçün onlara vətəndaşlıq verilərək himayədar ailələrə vermələrinə dair işlər aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə