Monteneqro Prezidenti ölkə parlamentini buraxıb

Monteneqro Prezidenti ölkə parlamentini buraxıb

Monteneqro Prezidenti Milo Cukanoviç ölkə parlamentinin buraxıldığını elan edib. SİA xəbər verir ki, Prezident Administrasiyası Milo Cukanoviçin qəbul etdiyi qərarla Monteneqro Parlamentinin buraxıldığı barədə məlumat yayıb. Mövcud qanunvericiliyə əsasən, Monteneqro parlamentinə növbədənkənar seçkilər qərar qüvvəyə mindikdən 100 gün sonra, yəni mayın ayının sonu və ya iyunun əvvəlində keçiriləcək.

Qeyd edək ki, Monteneqroda uzun müddətdir siyasi böhran davam edir. Belə ki, ölkədə yeni hökumətin formalaşdırılması üçün verilən müddət başa çatıb, hökuməti qurmaq öhdəliyi həvalə olunan keçmiş xarici işlər naziri Miodraq Lekiç lazımi dəstək ala bilməyib.

Xatırladaq ki, Monteneqroda Baş nazir Dritan Abazoviçin rəhbərlik etdiyi hökumət ötən il avqustun 19-da parlamentdə keçirilən etimad səsverməsi nəticəsində buraxılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə