Gürcüstan hakimiyyəti əcnəbi həkimlərin Mixail Saakaşvilini müalicə etməsinə hansı şərtlərlə hazır olduqlarını açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, ölkənin ədliyyə nazirliyi, sabiq prezidentin müalicəsində iştirak etmək üçün xaricdən gələcək həkimlərin ölkə qanunvericiliyinin tələblərinə cavab verməli olacaqlarını bildirib.
Bir daha xatırladaq ki, Mixail Saakaşvili 2021-ci ilin payızında Tbilisidə saxlanılıb. Onun, bir sıra cinayət işlərində - büdcə vəsaitlərinin mənimsənilməsində, bankir Sandro Qirqvlianinin qətlində, deputat Valeri Gelaşvilinin döyülməsində, müxalifətin mitinqinin dağıdılmasında və “İmedi” televiziya şirkətinin talanında iştirak etdiyi bildirilir. Qeyd edək ki, saxlanıldığı andan indiyədək eks-dövlət başçısı dəfələrlə aclıq aksiyası elan edib. 2022-ci ilin yazında siyasətçinin səhhəti pisləşəndən sonra o, Vivamedi klinikasına köçürülüb.
Fevralın əvvəlində məhkəmə Saakaşvilini səhhətinə görə azadlığa buraxmaqdan imtina edib. Ona hətta möhlət də verilməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB