Rusiya iqtisadiyyatı yeni model üzrə inkişaf etməyə başlayıb və ölkənin ÜDM-nin ikinci rübdə artacağı gözlənilir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu prezident Vladimir Putin Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayındakı çıxışı zamanı deyib.
Rusiya rəhbəri ölkə iqtisadiyyatının sanksiyalar təzyiqinə tab gətirdiyini və yeni model üzrə inkişaf etməyə başladığını bildirib.
Qeyd edək ki, Putin Rusiya iqtisadiyyatının əsaslı şəkildə fərqli keyfiyyət əldə etdiyini və yeni modelə uyğun inkişaf etməyə başladığını deyib.
Maraqlıdır ki, Rusiya lideri ölkədə daxili tələbatın artdığını da bildirib. Onun sözlərinə görə, apreldə bu, tələbat 5 faizə çatacaq ki, bu da əmək bazarının sabitliyini, inflyasiyanın aşağı düşdüyünü və maaşların yüksək olduğunu sübut etmiş olacaq.
Yeri gəlmişkən, Vladimir Vladimiroviç Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı Qərbin gözləntilərinin də iflasa uğradığını diqqətə çatdırıb. Onun dediyinə görə, mart ayında gözlənilən inflyasiya 4 faizdən də az olacaq.
Amma bu ilin ikinci rübündə ÜDM-in artımı gözlənilir.
Putinin sözlərinə görə, Rusiya onun üçün Qərb bazarlarının bağlanmasını əvəz edə bilib, üstəlik, ötən il ölkənin xarici ticarət dövriyyəsi 8 faizdən də çox artıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB