ABŞ atəşkəsə “yox” deyir! Niyə? Çünki...

Rusların yazdığına görə, ABŞ Ukraynada qan tökülməsinin davam etdirilməsində israrlıdır
ABŞ atəşkəsə “yox” deyir! Niyə? Çünki...

Hazırda Ukraynada mümkün atəşkəs Rusiyanın işğal ediyi ərazilərin onlara qazanc kimi qalacağını təmin etmək olardı ki, bu da BMT Nizamnaməsini pozmaqdır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, belə bir bəyanatla Ağ Evdəki Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi çıxış edib.

“Bizim qiymətləndirməmizə görə, indi atəşkəs Rusiya tərəfindən BMT Nizamnaməsinin növbəti dəfə pozulması deməkdir”.

Qeyd etdiyimiz kimi Kirbi deyib bunu.

Xatırladaq ki, ABŞ-ın yüksək rütbəli rəsmisinin bəyanatı Pekinin münaqişənin sülh yolu ilə həlli planına cavab olaraq verilib.

Yeri gəlmişkən bildirək ki, Çinin təklif etdiyi sənədin əsas tezisləri arasında: bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, Moskva ilə Kiyev arasında birbaşa dialoqun bərpası və gərginliyin qarşısını almağa çağırış durur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə