Kuleba çinli həmkarı ilə danışıb

Kuleba çinli həmkarı ilə danışıb

Bu gün, martın 16-da Dmitri Kuleba Çinin xarici işlər naziri Qin Qanqla telefonla danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Ukraynanın Xarici İşlər Naziri öz “Tvitter” hesabında yayıb.

Kulebanın sözlərinə görə, o, çinli həmkarı ilə ərazi bütövlüyü prinsipinin vacibliyini müzakirə edib.

Ukrayna diplomatiyasının rəhbəri, cinli həmkarına Ukraynada təcavüzü dayandırmaq və ədalətli sülhü bərpa etmək üçün Zelenskinin sülh düsturunun vacibliyini vurğuladığını bildirib.

Xatırladaq ki, bundan əvvəl Çinin xarici işlər naziri Qin Qang bildirmişdi ki, sanksiyalar və təzyiqlər Ukrayna böhranını həll edə bilməz, bunun üçün sülh danışıqları lazımdır.

Yeri gəlmişkən, fevralın 24-də Çin Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsinin həlli üçün 12 bənddən ibarət sülh planını dərc edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə