Ukrayna inqilabi partlayış ərəfəsindədir..?

Ukrayna inqilabi partlayış ərəfəsindədir..?

Ukraynada vəziyyət inqilabi partlayış ərəfəsindədir.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikri Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin özünün YouTube kanalında paylaşıb.

Beləliklə, Soskinin sözlərinə görə, Ukraynada siyasi sistem dağıdılıb, çünki Ali Şura ali qanunverici orqan kimi açıq şəkildə fəaliyyət göstərmir.

Elitanın hakimiyyəti qəsb etməsini, hakimiyyətin xalqın əlindən alındığını deyən keçmiş müşavir, ölkədə məhkəmə orqanı və Konstitusiya Məhkəməsinin də dağıdığını bildirib.

Soskin ölkədəki ağır iqtisadi vəziyyəti də vurğulayıb. Onun dediyinə görə, bu gün Kiyev faktiki olaraq müflis olub və iqtisadi kompleksin 60 faizini itirib.

...Bütün bunlar inqilabi çöküşün yaxınlaşmasından xəbər verirvə vəziyyət idarəolunmaz hala gətirir.

Xatırladaq ki, bir müddət bundan əvvəl ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skott Ritter, Ukrayna ordusunun cəbhədəki uğursuzluqları Vladimir Zelenskiyə qarşı üsyana gətirib çıxara biləcəyini demişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə