Fransa Senatı kütləvi tətillər və etirazlara səbəb olan mübahisəli pensiya islahatını qəbul edib.
Pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan mübahisəli islahatla bağlı qanun layihəsinin yekun mətni ikinci dəfə Senatda müzakirəyə çıxarılıb. SİA-nın əldə etdiyi məlumata görə, qanun layihəsinin lehinə 193, əleyhinə 114 səs verib. 38 senator isə bitərəf qalıb.
Qanun layihəsi parlamentin digər qanadı olan Milli Assambleyada müzakirəyə çıxarılacaq.
Fransanın baş naziri Elisabet Borne yanvarın 10-da prezident Emmanuel Makronun seçki vədləri arasında yer alan pensiya islahatının həyata keçiriləcəyini açıqlayıb.
Elisabet Borne ölkədə qanuni pensiya yaşının mərhələli şəkildə hər il 3 ay artırılacağını və 2030-cu ildə 64-ə qaldırılacağını söyləmişdi.
Yanvarın 19-dan bəri ölkə daxilində mübahisəli islahat əleyhinə çoxsaylı tətillər və etirazlar keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB