"Onlar Afrikadan Rusiya ilə əlaqəni dayandırmağı tələb edirlər"

"Onlar Afrikadan Rusiya ilə əlaqəni dayandırmağı tələb edirlər"

ABŞ, Kanada və Avropa İttifaqı Afrikadan Rusiya ilə bütün əməkdaşlığı kəsməyi tələb edirlər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Ozerov bildirib.

Rusiyalı rəsminin dediyinə görə, Rusiya-Afrika sammiti ərəfəsində ABŞ, Kanada və Avropa İttifaqına üzv olan ölkələr Afrika ölkələrinin Rusiya ilə əməkdaşlığının qarşısını almağa çalışırlar,

Afrika ölkələrinə belə təzyiqlərin çox nümunələri olduğunu deyən Ozerov, hər gün Vaşinqton və digər Anglo-Sakson ölkələrindən: Kanadadan, Böyük Britaniyadan, həmçinin Avropa İttifaqından gələnlərin Afrika liderlərini və Afrika hakimiyyətini, parlamentlərini, nümayəndə heyətlərini sözün əsl mənasında mühasirəyə aldıqlarını bildirib.

Ozerov ABŞ-ın maliyyə naziri Canet Yellenin Afrika turnesi zamanı verdiyi açıqlamalara işarə edərək, o, anti-Rusiya sanksiyalarını və onların pozulduğu təqdirdə nəticələrini xatırladıb.

“Bu, müasir dünyada qəbul edilə bilməyən şantaj, açıq diqtə və təhdidlərin daha bir nümunəsidir”, -deyə rusiyalı diplomat bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə