Sergey Lavrov martın 20-də erməni diplomatın işgüzar səfəri çərçivəsində Moskvada baş tutacaq Ermənistan xarici işlər naziri ilə görüş keçirəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Sergey Lavrov və Ararat Mirzoyan arasında danışıqların gündəliyində Moskva ilə Yerevan arasında əməkdaşlığın inkişafı və MDB, Avrasiya İqtisadi Birliyi və KTMT kimi təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi üçün görülməli olan tədbirlər var.
Zaxarova vurğulayıb ki, söhbətin əsas mövzusu regiondakı vəziyyət, xüsusilə Laçın dəhlizindəki vəziyyət və Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının icrası kimi aspektlər olacaq.
“Biz gözləyirik ki, qarşıdan gələn görüş İrəvanla dialoqun keyfiyyətinin yaxşılaşdırılmasına, eləcə də Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin gücləndirilməsinə kömək edəcək”.
Bunu da Zaxarova bildirib.
Qeyd edək ki, Mirzoyanın Rusiyaya səfərini martın 14-də Ermənistanın baş naziri elan edib.
Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Nikol Paşinyanın sözlərini şərh edərkən “səfər üzərində iş getdiyini” bildirmişdi.
Xatırladaq ki, bundan əvvəl, yəni dekabrın 23-də Mirzoyan Ceyhun Bayramovun iştirakı ilə üçtərəfli görüş üçün Moskvaya gəlməkdən imtina edib. Maraqlıdır ki, Nikol Paşinyan diplomatın Moskvaya buraxılmamasını sözün əsl mənasında “həyati zərurət”lə izah edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB